"Neftçi" ilə oyunun çətin keçəcəyini bilirik
05 fevral 2010 |
|
|
| |
“Bakı»nın baş məşqçisi Bülənt Qorxmaz «Neftçi» ilə bu həftənin bazar günü keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib. Qol.Az-ın müxbiri ilə söhbətində Bülənt Qorxmaz oyuna yalnız qələbə üçün çıxacaqlarını söyləyib:
«Altılığa» düşmək istəyiriksə, bütün oyunları udmalıyıq. Təbii, oyunun çətin keçəcəyini bilirik. Amma bütün hallarda qələbə qazanmalıyıq».
Bülənt Qorxmaz «Bakı»nı qəbul etdikdən sonra «Neftçi» ilə bir dəfə qarşılaşdığını xatırladıb:
«O vaxt komandanı yeni qəbul etmişdim. İlk oyunda «Neftçi»yə uduzmuşduq. «Neftçi» yaxşı komandadır. Qış fasiləsində heyətlərinə dörd yeni oyunçu cəlb ediblər. «Neftçi»nin bizimlə oyuna qələbə üçün çıxacağını bilirəm. Çünki onlar da “altılığ”a düşmək istəyir».
Bülənt Qorxmaz artıq «Birlik kuboku»nu unutduqlarını və yalnız çempionatı düşündüklərini deyib: «Biz peşəkar insanlarıq. Moskvada bu uğursuzluğu yaşadıq, ondan nəticə çıxardıq. Bundan sonra bir daha belə uğursuzluq olmayacaq!. «Birlik kuboku»ndakı belə zəif çıxış bizə yaxşı dərs oldu».
Bülənt Qorxmaz «Bakı»nın əsas qapıçısı olmuş Xalidu Sissokonun ehtiyatda saxlamasına da münasibət bildirib: «Neftçi» ilə oyundan əvvəl kimin qapını qoruyacağını indidən demərəm. Azərbaycanlı azarkeşlərin Sissokonu sevmələri çox gözəldi. Deməli, o, Azərbaycan futbolunda çox gözəl işlər görüb. Hər peşəkar oyunçu kimi o da çalışır. Vaxtı gələndə Sissoko da oynayacaq».
|
|
|
qol.az |
|
|
|
|
|
, , , ,
|
 |
|
Sistemə daxil olmalısınız
|
|
|
User comments >> |
|
|
Sayin Bulent hoca, emin ederim ki Baku butun takimlardan daha gucludur, Neftciyi 3:0 yeneriz inshallah!
Answer
|
|
|
|
Sissoko Bakinin nomre 1-dir. Sharliya incimesin amma bu heqiqetdir. Bakinin her 2 qapicisi seviyyelidir, birinci Sissoko olmaq shertiyle
Answer
|
|
|
|
SISSOKO VAXW OYUNDA ELA QORUDU QAPINI, WARLIYA ISE AKTOBENIN QAPIMIZA VURDUGU 3 ZERBEDEN 2 NI TUTA BILMEDI,NEFTCI ILE OYUNDA SISSOKONUN QAPIDA DURMASI DAHA YAXWI OLAR
Answer
|
|
|
|
AZƏRİSPORT SAYTİNDA SORGUDA İŞTİRAK ETMƏYİ AZƏRKEŞLƏRDƏN XAHİŞ EDİRƏM BAKIYA SƏS VERİN
Answer
|
|
|
|
|
|
|