Ramim milli komandanın rekorduna imza atdı
26 fevral 2010 |
|
|
| |
|
|
Azərbaycan milli komandası, 24 fevral 2010, "King Abdullah" stadionu, Əmman,İordaniya (foto AFFA-nın rəsmi saytından götürülüb: www.affa.az)
|
|
|
Milli komandamız və "Bakı" futbol klubunun yarımmüdafiəçisi Fabio Luis Ramim Azərbaycan yığmasının ən erkən qoluna imza atdı. Bu əlamətdar hadisə iordaniya və Azərbaycan milli komandalarının yoldaşlıq görüşünün 47-ci saniyəsinə təsadüf etdi. Ramimim qolu mütəxəssislər və statistika həvəskarları tərəfindən milli komandamızın vurduğu ən tez qol kimi qeydə alındı.
İordaniya 0:2 Azərbaycan qol: 1. Fabio Luis Ramim 31. Əfran İsmayılov
24 fevral 2010, Əmman, İordaniya, "King Abdullah" stadionu
 Foto: Fabio Luis Ramim milli komandamızın rekorduna imza atdı. (foto AFFA-nın rəsmi saytından götürülüb: www.affa.az)
Sonradan məlum olduğu kimi Ramimin erkən qolu komandamızın qələbəsində böyük pay sahibi oldu. Oyunun 31-ci dəqiqəsində gənc forvard Əfran İsmayılov ikinci qolu meydan sahiblərinin qapısından keçirməklə Azərbaycan millisinin inamlı səfər qələbəsini rəsmiləşdirdi.
 Foto: Milli komandamızın gənc forvardı Əfran İsmayılov debüt oyununda fərqləndi. (foto AFFA-nın rəsmi saytından götürülüb: www.affa.az)
"Bakı" futbol klubunun milli komandadakı digər təmsilçisi Saşa Yunisoğlu bu oyunda meydana çıxmadı.
Bu həm də milli komandamızın ardıcıl ikinci yoldaşlıq görüşündə qeydə alınan qalibiyyəti kimi tarixə qovuşdu. Xatırlatmaq yerinə düşər ki, Berti Foqtsun drujinası ötən ilin son yoldaşlıq oyununu (18 noyabr 2009, Azərbaycan-Çex Respublikası) da 2:0 hesablı qələbə ilə başa vurmuşdu.
Azərbaycan milli komandası növbəti yoxlama oyununu mart ayının 3-də səfərdə Lüksemburqa qarşı keçirəcək.
|
|
|
|
, , , , , , , ,
|
 |
|
Sistemə daxil olmalısınız
|
|
|
User comments >> |
|
|
Beck
26 fevral 2010 04:38
Answer
|
|
|
|
mural
26 fevral 2010 12:42
Bulent ilk gelende Fabio guvenirdi ama indi oynatmir.
Answer
|
|
|
|
|
|
|