Xəbərlər | Qalereya | Video | Canlı | Qonaq kitabi
 
 
Xəbərlər
 
Gələcək ulduzlarının burada yetişməsini arzulayıram
08 mart 2010
Dosta göndər Print
 
Hafiz Məmmədovun "Bakı" Futbol Klubunun rəsmi saytına müsahibə verir.
  Şəkillər    
- Bu gün klubun bazasında oldunuz, görülən işlərlə yerindəcə tanış oldunuz. Bazanın tikinti sürəti sizi qane etdi?
- Vəziyyət normaldır. Düzdür, mənə söz verilmişdi ki, bu yaxınlarda tikinti başa çatacaq. Amma gördüklərimdən belə qənaətə gəldim ki, tikinti hələ bir qədər də uzanacaq. Amma elə də çox yox. Ümumi götürdükdə aparılan işlər məni qane etdi. Düzdür, bəzi xırda tövsiyələrim oldu.

- Hansı tövsiyələri verdiniz?
- Rəng, dizayn, sahələrin artırılması barədə tövsiyələr, müəyyən göstərişlər verildi. Qarşıdakı günlərdə tikinti işlərini aparan şirkətin nümayəndələri ilə yenidən görüşəcəyik. Həmin görüşdə də işlərin genişləndirilməsi baxımından müəyyən tövsiyələrimi bildirəcəyəm.

- Necə düşünürsünüz, açılış nə vaxt baş tutacaq?
- Artıq klubumuzun aşağı yaş qrupları bazadan istifadə edirlər. Eləcə də əsas komandamız da məşqləri burada keçir. Amma mən çox istərdim ki, rəsmi açılış ulu öndərimiz Heydər Əliyevin ad gününə qədər baş tutsun. Çalışacağıq ki, rəsmi açılış mərasiminə AFFA-nın rəhbərliyinə də dəvət edək. Eyni zamanda bir turnir də keçirməyi nəzərdə tutmuşuq. Hazırda bunun üzərində işləyirik.

- Xarici ölkələrdən qonaqlar dəvət ediləcək?
- Xarici ölkələrdən də qonaqların gəlməsi mümkündür. Bazanın açılışı və ulu öndərimizin doğum günü münasibətilə az yaşlı komandalar arasında keçirmək istədiyimiz turnirə xarici klubları dəvət etməyə çalışırıq. Yerli klublarla yanaşı 1-2 xarici komandanın da ölkəmizə dəvət olunması nəzərdə tutulub.
 
- Bir müddət əvvəl “Bakı”nın stadionunun inşa olunması nəzərdə tutulmuşdu. Bu məsələ nə yerdə qalıb?
- Şübhəsiz, bazayla yanaşı klubumuz üçün stadionun da tikilməsi nəzərdə tutulub. Ola bilər ki, əvvəl nəzərdə tutulduğu kimi Qaraçuxur qəsəbəsində, ya da başqa yerdə inşa olunsun. İndiki halda planda məhz Qaraçuxurdur. Amma bugünkü gündə ilk növbədə bazamızın hazır olmasını istəyirik. Aşağı yaş qrupu üzrə bütün komandalarımız burada məskunlaşacaq. Bazamızın ərazisi genişdir. Şərait yüksək səviyyədədir. Bu ərazi də mənim üçün yad deyil. Bir neçə il əvvəl Bakıdakı ilk otellərdən birini, məhz, burada inşa etdirmişdik. Sevinirəm ki, bundan sonra bu ərazidə klubumuz məskunlaşacaq. Çox istərdim ki, Azərbaycan futbolunun gələcək ulduzları bu bazada yetişsin.
Reytinq 5,00
User comments >>
Şərh yoxdur.
     
 
 
Ən populyar
 
   
     
 
     
 
 
Mövzu ətrafında
 
   
     
 
  Cədvəl  
7
MOİK
4
4
8
Bakı
3
3
9
Gəncə
3
3
 
 
 

 
 
 


 
Canlı səsvermə
 
Komandamızın yeni üzvlərindən kimi bəyənirsiniz?
Juninyo
Emin Cəfərquliyev
Saşa Kaykut
İbrahim Karqbo
Dare Nobombe
Coel Epalle
Anqulo Cefferson

Nəticələri göstər

 
Yeni şərhlər
 
Bütün hüquqlar “Bakı” futbol klubuna məxsusdur.
FC Baku 2007-2009