“Bakı” Futbol Klubunun baş məşqçisi Bülənt Qorxmaz və İcraçı direktoru Yaşar Seyidov bu gün Qafqaz Universtetində olub, tələbələrlə görüşüblər.
Görüş zamanı qonaqlar “Bakı” futbol klubunun Azərbaycan futbolunun inkişafı üçün gördüyü işlər haqda dolğun məlumat veriblər. Daha sonra Bülənt Qorxmaz tələbələrin suallarını cavablandırıb.
Görüşün sonunda Qafqaz Universtetinin rektoru Ahmet Saniç Bülənt Qorxmaza öz hədiyyələrini təqdim edib. Yaşar Seyidov da öz növbəsində “Bakı” Futbol Klubunun hədiyyələrini Universitetə bağışlayıb.