fcbaku.com official web site of FC Baku

Language:

akademİya

photo

“Bakı” Futbol Klubunun Akademiyası 2010-cu ilin yayından fəaliyyət göstərir. Akademiyada 250 uşaq təhsil alır. Onlardan 50 nəfəri daimi olaraq Akademiyada məskünlaşıblar.

“Baki” FK-nın tərkibində müxtəllif yaş qruplarına aid 11 komanda fəaliyyət göstərir.

Futbol Akademiyasında Azərbaycandan, Türkiyədən və Bolqarıstandan olan 23 məşqçı uşaqlara futbolun sirrlərini öyrədir.

“Baki” futbol klubunun uşaq və gənclər akademiyasında hazırlıq keçən uşaq və yeniyetmə futbolçular klub hesabına İtaliyanın ”Macron” şirkətinin istehsalı olan yay və gış idman geyimləri və dünyanın aparıcı idman ləvazimatlarının avadanlıqları ilə təmin olunurlar. Regionlardan olan istedadlı uşaqlar klub büdcəsindən gündəlik cib xərci ilə təşviq olunurlar.    


Akademiyada futbolun sirlərinə yiyələnən gənc futbolçular gün ərzində səhər yeməyi və naharla qidalanırlar. Ay ərzində klubun pulsuz qidalanma imkanlarından yararlana insanların sayı 10 min nəfəri keçir.

”Bakı” futbol klubunun gənc və yeniyetmələrə, uçaq futboluna ayırdığı diqqət beynəlxalq qurumların da diqqətindən yayınmır. Mənzil qərargahı Cenevrədə (İsveşrə) yerləşən Avropa Klublar Birliyinin (ECA) X Assambleyasında ”Bakı” futbol klubunun akademiyası Avropada 2011-ci ilin ”Ən yüksək nailiyyət” mükafatına layiq görülüb. Fəxri mükafatı klubumuza ECA və ”Bayern” Münhen klubunun prezidenti cənab Karl Haynts Rummenige təqdim edib.

Akademiyanın Baş koordinatoru türkiyəli mütəxəssis – Yüksəl Kepoğludur.

Murad YoldaşMelih Ergün Akademiya rəhbərinin köməkçiləri vəzifəində çalışırlar.


photo photo photo photo photo