fcbaku.com official web site of FC Baku

Language:

tarİx

“Bakı” Futbol Klubu 2004-cü ildən bu adı daşısa da, onun tarixi XX əsrə gedib çıxır. 1997-ci ildə “Çinar Polis Akademiyası” və “Qartal-95” klublarının birləşməsindən “Dinamo” yarandı və bu klub öz növbəsində “Bakı”nın varisi sayılır. Təsadüfi deyil ki, “Bakı” futbol klubun tarixi məhz 1997-ci ildən hesablanır və bu tarix klub logotipində öz əksini tapıb.

“Qartal-95” 1996/97-cı illər mövsümündə birinci dəstədə final mərhələsinin yekununa əsasən 6-cı yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazana bilməmişdi. “Çinar Polis Akademiyası” hələ 1995/96-cı illər mövsümündə mübarizə apardığı birinci dəstədə 2-ci pillənin sahibi kimi güclülər dəstəsinə yüksəlmişdi.

2000-2001-ci illərdə "Bakılı" Futbol Klubu ilə birləşib və "Dinamo-Bakılı" adlandırılıb. 2004-cü ildən etibarən klubu "BAGHLAN GROUP" şirkətlər qrupu himayəyə götürüb. Elə həmin ildən də klubun adı dəyişdirilərək "Bakı" adlandırılıb.

Bundan sonra "Bakı" klubu iki dəfə Azərbaycan Çempionu, Azərbaycan Çempionatının gümüş və bürünc mükafatçısı, 3 dəfə Azərbaycan Kubokunun sahibi kimi titullar qazanmağı bacarıb, ölkənin ən iddialı klublarından birinə çevrilib.

2008-ci ilin yayından etibarən klub infrastrukturunun yaradılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətə start verilib.

2011-cu ildə klubun təlim-məşq bazası futbolçuların ixtiyarına verilib. "Bakı" futbol klubunun akademiyası faəliyyətə başlayıb. 2011-cu ilin 6 sentyabr tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev "Bakı"nın bazasını ziyarət etmişdir. Burada gördüklərindən məmnun qalan dövlət başçısı mükəmməl infrastruktura malik "Bakı"nı digər klublara nümunə göstərmişdir.

 Hazırda burada 250-ə yaxın gənc və yeniyetmə futbolun sirlərini öyrənir. Onlara Türkiyədən dəvət olunmuş təcrübəli mütəxəssislər rəhbərlik edirlər. 

2011-ci ildə klubun təlim-məşq bazasının inkişaf etdirilmsi məqsədi ilə quruculuq işlərinin ikinci mərhələsinə start verilib. Bunun nəticəsində 4 yeni futbol meydanı tikilib, istifadəyə verilib.

2012-ci ildə klubun xarici əlaqələri əhəmiyytəli şəkildə genişlənib. Klubumuz İspaniyanın "Atletiko" Madrid və Fransanın "Lans" klubları ilə əməkdaşlıq barədə müqavilələr izmalayıb. Bunun nəticəsində "Bakı"nın gənc və perspektivli futbolçuları İspaniya və Fransa kimi ölkələrdə təcrübə keçmək və oynamaq imkanı əldə ediblər.

Klubun nəticələri:

1997/1998 mövsümündə Azərbaycan çempionatının ikincisi olmuşdur.
2004/2005 mövsümündə Azərbaycan kubokunun sahibi olmuşdur.
2005/2006 mövsümündə Azərbaycan Çempionu olmuşdur.
2006/2007 mövsümündə Azərbaycan Çempionatının üçüncüsü olmuşdur.
2008/2009 mövsümündə ikinci dəfə Azərbaycan Çempionu olmuşdur.
2009/2010 2-ci dəfə Azərbaycan Kubokunun qalibi, Azərbaycan çempionatının ikincisi
2010/2011 3-cü dəfı Azərbaycan Kubokunun qalibi titulunu qazanıb. 

Birlik Kuboku:
1/4 finalçı - 2007

Azərbaycan çempionatı:
Qızıl medal (2) - 2005/2006, 2008/2009
Gümüş medal (2) - 1997/1998, 2009/2010
Bürünc medal (1) - 2006/2007

Azərbaycan Kuboku:
Qalib (3) - 2004/2005, 2009/2010, 2011/2012

UEFA Avropa Liqası:
2009/2010-cu illər mövsümündə pley-off mərhələsinə qədər irəliləyən 2 Azərbaycan klubundan biri kimi tarixə düşüb.

2004-cü ildən indiki adını daşıyan “Bakı” əvvəllər də oynadığı matçlarla birlikdə güclülər dəstəsində 430 dəfə meydana çıxıb. Bu oyunlarda komandanın 191 qələbəsi, 100 heç-heçəsi və 139 məğlubiyyəti var.

Keçirdiyi oyunlarda top fərqi 563-413 (+150) olan komanda 8 texniki qələbə qazanıb və 3 dəfə texniki məğlubiyyətlə üzləşib.

Bakılılar 2001/02 mövsümündə ən çox qol vurub (53 qol).

2006/07 mövsümündə ən az (10) top buraxıb. Cari mövsümdə zolaqlılar 11 oyunda 10 qol vurub, qapısında 8 qol görüb.

Paytaxt təmsilçisi indiyədək qarşılaşdığı 39 komandadan ikisindən qol buraxmayıb. “Ədliyyə” 4, ABN isə 2 qarşılaşmada “Bakı”nın qapısına yol tapmayıb. 

photo photo photo photo photo