fcbaku.com official web site of FC Baku

Language:

tərəfdaşlar

photo

Yarandığı ilk gündən yüksək peşəkarlıq meyarlarını əsas götürən "Bakı" futbol klubu müxtəlif yönlü əməkdaşlıq müqavilələri ilə klubun hərtərəfli inkişafını təmin edir. 

2004-cü ildə bugünkü günümüzə qədər Baghlan group şirkətlər qrupu "Bakı" futbol klubunun sponsorudur. Şirkətin davamlı maliyyə dəstəyi sayəsində "Bakı" futbol klubu formalaşaraq Avropada iddialı kluba çevrilmişdir. Baghlan group klubun dünya standardlarına cavab verən müasir təlim-məşq bazasının tikilib, idmançıların ixtiyarına verilməsi ilə klubun mükəmməl infrastrukturunu yaratmışdır. 


ZQAN holdinq və Bank of Azerbaijan "Bakı" futbol klubu ilə ilk günlərdən birlikdə addımlayan biznes qurumlarıdır. Klubumuzun sponsorları sırasında yer alan ZQAN holdinq və Bank of Azerbaijan  "Bakı" futbol klubunun yüksəlişi və tarixi qələbələrində pay sahibidirlər.

Klubumuza hərtərəfli yardımını əsirgəməyən qurumlardan biri də KSM holdinqdir. Holdinq "Bakı" futbol klubunun inkişafını təmin etmək məqsədi ilə effektli addımlar atır.


Türkiyənin məşhur Acıbadem klinikası klubumuzun tibbi tərəfdaşıdır. 2009-cu ildə təməli qoyulmuş əməkdaşlıq çərçivəsində futbolçularımız bu klinikada müayinədən keçirilir, müalicə alır və əməliyyat olunurlar.

İtaliyanın məşhur idman geyimləri istehsalçısı Macron klubumuzun texniki sponsorudur. 2011-2013-cü illər mövsümləri üçün imzalanmış müqaviləyə əsasən, klubumuzun bütün komandalarının üzvləri bu şirkətin geyimləri ilə təmin olunurlar.

Ölkəmizdə fəaliyət göstərən Amerika biznes qurumlarının birləşdiyi Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycanda fəaliyyət göstərən ən böyük işbirliyi təşkilatıdır. "Bakı" futbol klubu 2012-ci ilin dekabr ayında bu mötəbər qurumun üzvü seçilib. Klubumuz bu elit quruma qəbul olunan ilk idman cəmiyyətidir. 

"Bakı" futbol klubu 2009-cu ildən Avropa Klublar Birliyinin (ECA) sıralarına qoşulub. Klubumuz Azərbaycanı bu təşkilatda təmsil edən ilk klub olmaqla bərabər, həm də səsvermə hüququna malik olan yeganə Azərbaycan klubudur. 2011-ci ilin yekunlarına əsasən, "Bakı" futbol klubu uşaq və yeniyetmə futbolunun inkişafına görə ECA-nın Best Achievement 2011 xüsusui mükafatına layiq görülüb. Mükafatı Bayern Münhen və ECA prezidenti Karl Hayts Rummenige təqdim edib.

"Bakı" futbol klubu 2012-ci ildə iki böyük əməkdaşlıq müqaviləsinə imza atıb. Avropanın aparıcı klubları sırasında yer alan "Atletiko" Madrid (İspaniya) və "Lans" (Fransa) klubları ilə qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və gənc futbolçularımızın bu klubların futbol akademiyalarında təlim almasını nəzərdə tutur. 

photo photo photo photo photo