fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Oyun öncəsi: "Bakı" Lənkəranda məşqə çıxdı

dekabr 5, 2012 | A Komanda
photo
Komandamız Lənkəran şəhər stadionunda məşq keçirdi

Azərbaycan Topaz Premyer Liqasının Vİ turunun təxirə salınmış "Xəzər lənkəran" - "Bakı" qarşılaşması 6 dekabr 2012-ci il tarixdə Lənkəranda baş tutacaq.

Oyuna hazırlıqlarının davam etdirən Bakı artıq cənub şəhərindədir. Bu gün səhər saatlarında Lənkərana yola düşən komandamız məskunlaşmaqla bərabər oyun öncəsi məşqini də keçirməyə imkan tapıb.

Bu gün lənkəran şəhər stadionunda məşqə çıxan komandamız sabahkı oyuna ciddi hazırlaşır. Son turda səfərfə "Qəbələ"yə qalib gələn Bakı Lənkran səfərindən də 3 xalla dönməyi planlaşdırır.

 Komandamızın heyətində çatışmazlıqlar da var. Belə ki, zədəli futbolçular Uinston Parks, Rəhman Hacıyev, Giorgi Popxadze, məşq prosesindən kənar qalıblar. Son günlər hərarəti yüksələn gənc futbolçumuz Namiq Ələsgərov da Lənkərana gedənlər sırasında deyil.

Qeyd edək ki, Vİ turunun təxirə salınmış "Xəzər lənkəran" - "Bakı" qarşılaşması 6 dekabr 2012-ci il tarixdə Lənkəranda baş tutacaq. Oyunun start fiti saat 16.00-da səslənəcək. Qarşılaşma İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.



fotoqalereya
tag
məşq
mövzu üzrə
photo photo photo photo photo