fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Oyun öncəsi: Bakı -:- Qarabağ son məşq

dekabr 14, 2012 | A Komanda
photo
Bakının məşqindən

Azərbaycan Topaz Premyer Liqasının XVII turunun "Bakı" - "Qarabağ"  qarşılaşması 15 dekabr 2012-ci il tarixdə klubumuzun təlim-məşq bazasının stadionunda baş tutacaq.

Oyuna hazırlıqlarının davam etdirən Bakı məşqlərini təqvimə uyğun davam etdirməkdədir. Komandamız bu gün oyun öncəsi son məşqini keçirib. Bakı çempionatın liderinə qarşı oyunda 3 xalı hədəfləyir. 

Komandamızın heyətində bərpa dövrü keçən Uinston Parks xaricində bütün futbolçular məşqə qatılıblar. Baş məşqçimiz Bojidar Bandoviçin tapşırıqlarını canla-başla yerinə yetirən futbolçularımız qarşıdan gələn əhəmiyyətli oyuna ciddi hazırlaşırlar. 

Bu görüntüləri Klub Tv-nın kameraları Bakının son məşqindən lentə alıb.

Bakı futbol klubunun baş məşqçisi Bojidar Bandoviç A
zərbaycan Topaz Premyer Liqasının XVII turunun "Bakı" - "Qarabağ"  oyunu ilə bağlı fikirlərini bildirir.

Komandamızın gənc müdafiəçisi Şəhriyar Əliyev də sabahkı oyuna hazırlıqların gedişi ilə bağlı sualları cavablandırır.

Xatırladaq ki, A
zərbaycan Topaz Premyer Liqasının XVII turunun "Bakı" - "Qarabağ" qarşılaşmasının start fiti 15 dekabr 2012-ci il tarixdə saat 14.00-da səslənəcək. Oyun İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq.





mövzu üzrə
photo photo photo photo photo