fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Komandamız gələn həftədən etibarən bir araya gələcək

yanvar 5, 2013 | A Komanda
photo
Komandamızın məşqindən görüntü

Il sonu ilə əlaqədar ölkə çempionatında yer alan fasilə başa çatmaq üzrədir. Təxminən, 15 günlük istirahətin sona yaxınlaşması ilə bərabər vətənlərində dincələn məşqçi və futbolçu heyətinin üzvləri gələn həftədən başlayaraq Bakıya qayıdacaqlar. 

"Bakı" futbolçuları 7 yanvar 2013-cü il tarixində bir araya gələrək, yeni il tətilindən sonra hazırlıq prosesini bərpa edəcəklər.

1 həftə ərzində klubumuzun təlim-məşq bazasında məşq edəcək komandamız yanvar ayının 14-də Antalyaya yollanacaq. "Bakı" qardaş ölkədə 2 həftəlik təlim-məşq toplantısı keçirəcək. Komandamız "Rixos Premium" otelində məskunlaşacaq və gündə 2 dəfə olmaqla taktiki və fiziki təmrinlər üzərində çalışacaq.

Bu müddət ərzində 3 və ya 4 yoldaşlıq oyununun baş tutacağı gözlənilir. Yoxlama oyunlarının tarixləri dəqiqləşdirilir. Mümkün rəqiblərimizdən biri Almaniyanın "Dinamo" Drezden klubu olacaq. Digər potensial sparring rəqiblərlə danışıqlar davam edir. 

Təlim-məşq toplantısı dövründə bir neçə yeni futbolçunun düşərgəyə baxışa dəvət olunacağı nəzərdə tutulur.



photo photo photo photo photo