fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

"Bakı" yeni ildə ilk məşqinə çıxdı

yanvar 9, 2013 | A Komanda
photo
Komandamızın 9 yanvar məşqindən

Qış fasiləsindən sonra bir araya gələn "Bakı" bu gün klubub təlim-məşq bazasında ilk məşqinə çıxdı. Baş məşqçi Bojidar Bandoviçin rəhbərliyi altında meydana çıxan futbolçular qızınma hərəkətlərinin ardınca yüngül təmrinlər yerinə yetirdilər.

İlin ilk məşqi yüksək əhval-ruhiyyə ilə müşayət olundu. Viza məsələsində problem yaşanan və bu səbəbdən toplanış gününə qədər ölkəmizə gələ bilməyən Edemir Rodrigez və son çempionat oyununda zədələnərək xəstəxanaya düşən Edin Nuredineski məşqə qatılmayanlar arasında idilər. Makedoniyalı qapıçının düşərgəyə 2 gün sonra gələcəyi gözlənilir.

Məruz qaldığı cərrahiyyə əməliyyatından sonra bərpa dövrü keçən Uinston Parks komandaya fevralın əvvəllərində qoşulacaq. 

Komandamızın heyətinə cəlb olunan Aqil Nəbiyev bugünkü məşqə "Bakı" forması ilə çıxdı.

5 gün ərzində məşqlərini təlim-məşq bazasında davam etdirəcək komandamız bunun ardından qış təlim-məşq toplantısının məkanı Türkiyəyə yollanacaq.  Komandamız 14 yanvar tarixində Antalyaya yola düşəcək.



fotoqalereya
tag
məşq
mövzu üzrə
photo photo photo photo photo