fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Bakı təlim-məşq toplantısına yollandı

yanvar 14, 2013 | A Komanda
photo
İbrahim Karqbo

Bu gün "Bakı" futbol klubunun A komandası iki həftə ərzində təlim-məşq toplantısı keçiriləcək Antalyaya yollandı. Əməliyyat sonrası bərpa dövrü keçən kosta-rikalı hücumçumuz Uinston Parks və milli komandada olan Namiq Ələsgərov xaric olmaqla tam heyətlə toplanan məşqçi-futbolçu heyəti və personal səfər qəlyanaltısından sonra klubun təlim-məşq bazasından ayrıldılar.

Klub rəhbəliyinin yaxşı yol arzuları ilə səfərə çıxan komanda Heydər Əliyev adına hava limanına istiqamət aldı. U-19 Azərbaycan milli komandasının heyətində ölkəmizi Qranatkin turnirində təmsil edən Namiq Ələsgərov bu gün Sankt-Peterburqdan birbaşa Antalyaya gələrək, düşərgəyə qatılacaq. Toplantıya dvət alanlar arasında əvəzedici komandamızın gənc üzvü Vüqar Bəybalayev də var. 

Komandamızı Türkiyəyə aparan təyyarə az sonra, saat 14.35 radələrində havaya qalxdı. 

Axşam saatlarında Antalyaya çatan və Bələkin "Rixos Premium" otelində məskunlaşacaq komandamz sabah (15 yanvar 2013) təlim-məşq toplnatlsl çərçivısində ilk məşqinə çıxacaq. 14 gün davam edəcək (14-28 yanvar 2013) hazırlıq prosesi ərzində 3 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulur.


Komandanın həkimi Rafiq Hüseynovun verdiyi raporta əsasən, hərarəti yüksəl olan olan Əziz Quliyevdən başqa futbolçuların səhhəti ilə bağlı hər hansı bir narahatlıq yoxdur. 



photo photo photo photo photo