fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

"Bakı"Antalyada ilk məşqini keçirdi

yanvar 15, 2013 | A Komanda
photo
Qapıçıların məşqindən görüntü

Bu gün komandmız Antalyada məskunlaşdığı Rixos Premium otelinin meydanında məşqə çıxdı. Əməliyyatdan sonra bərpa mərhələsi keçən kosta-rikalı hücumçumuz Uinston Parks xaricində bütün futbolçular məşqə qatıldılar.

Komandamzın baş məşqçisi Bojidar Bandoviçin hazırlıq planına əsasən, gündə 2 dəfə məşq edəcək komandamızda əhval-ruhiyyə yüksəkdir. 

Səhər yeməyinin ardınca yerli vaxtla saat 10.30-da meydana çıxan futbolçular qızınma hərəkətlərinin ardından fiziki təmrinlər üzərində çalışdılar. Məşqin ikinci hissəsi toplu hərəkətlər üzərində quruldu. İki qrup halında çalışan futbolçular dəyişik hərəkətləri yerinə yetirərək, məşğələləri qapıya  zərbələr endirməklə başa çatdırdılar. 

90 dəqiqəlik məşqə düşərgəyə dəvət alan ruminiyalı futbolçu da qatıldı. Mərkəz müdafiəçisi ampluasında çıxış edən Klaudio Vikunun son klubu Moldovanın "Daçia" klubu olub. Rumın futbolçu bir neçə gün baxışda olacaq.

Komandanın axşam məşqi saat 18.00 (yerli vaxtla) təyin olunub.   



photo photo photo photo photo