fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Güclü yağışlar planları dəyişir

yanvar 18, 2013 | A Komanda
photo
Komandamızın məşqindən

Antalyada təlim-məşq toplantısı keçirən komandamız hazırlığın 4-cü gününü 2 məşqlə davam etdirdi. Səhər saatlarında yağan şiddətlə yağış səbəbi ilə meydana çıxmayan futbolçular günə idman zalında fiziki məşğələlərlə başladılar.

İkinci məşq isə nəzərdə tutulduğu kimi açıq havada baş tutdu. Qızınma hərəkətlərinin ardınca fiziki təmrinləri icra edən futbolçular məşqi ikitərəfli oyunla başa çatdırdılar. Xatırladaq ki, komandamız sabah (19 yanvar 2013) təlim-məşq toplantısı çərçivəsində ilk yoxlama oyununu keçirəcək.

"Bakı"nın rəqibi Bolqarıstan yüksək liqa təmsilçisi "Etır" (Veliko-Tırnovo) klub olacaq. "Etır" Bolqarıstan çempionatının ilk dövrəsində sonra turnir cədvəlində 16-cı yerdə qərarlaşır. Rəqiblərimiz ilk dövrənin nəticələrinə əsasə, 15 oyundan 8 xal toplayıb.

Bu arada qeyd edək ki, qarşılaşmanın vaxtında dəyişiklik edilib. Oyun Bakı vaxtı ilə saat 15.30-da başlanacaq. 




photo photo photo photo photo