fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

İlk yoxlama oyunu bərabərliklə başa çatdı

yanvar 19, 2013 | A Komanda
photo
Oyundan görüntü

Antalyada təlim-məşq toplantısı keçirən komandamız hazırlığın 5-ci günü ilk yoxlama oyununa çıxdılar. Yerli vaxtla 15.30-da (Bakı vaxtı ilə 17.30) başlanan qarşılaşmada rəqibimiz Bolqarıstanın "Etir" klubu idi.

"Bakı" Rixos Premium otelinin meydanında baş tutan oyuna bu heyətlə çıxdı.

Bakı: Edin Nuredineski, Ibrahim Karqbo, Denis Ivanovs, Elşad Manafov, Anatoli Stukalov, Elvin Əliyev, Junior Xavier, Aleksandar Şoliç, Novruz Məmmədov, Əziz Quliyev, Nurlan Novruzov.

Oyun qarşılıqlı hücumlarla başladı. Bolqarısatn təmsilçisi ilk hücumların birində hesabı açmağa müvəffəq oldu. Bu, qarşılaşmanın 15-ci dəqiqəsinə təsadüf etdi. Tədricən, hücumlarının kəsərini artıran komandamız 38-ci dəqiqədə bu qolun cavabını verdi. Nurlan Novruzov cavab qolunu vurdu. İlk hissə bu hesabla başa çatdı.

İkinci yarıda komandamızın baş məşqçisi Bojidar Bandoviç meydana tamamailə yeni heyət buraxdı.  Start heyətindən Yalnız Nuredineski oyuna davam etdi. Fasilədən sonra Edemir Rodrigez, Aqil Nəbiyev, Şəhriyar Əliyev, George Popxadze, Asani, Tural Qürbətov, Deyvidas Çesnauskis, Novruz Məmmədov, Rəhman Hacıyev və Ramazan Abbasov oyuna qoşuldular.

Komandamızın cəhdlərinə və əldə etdiyi qol imkanlarına baxmayaraq ikinci hissədə hesab dəyişmədi və "Bakı" ilk yoxlama oyununu 1:1 hesablı bərabərliklə başa vurdu.



photo photo photo photo photo