fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Bir qələbə, bir məğlubiyyət

yanvar 25, 2013 | A Komanda
photo
İbrahim Karqbo

Antalyada təlim-məşq toplantısını davam etdirən "Bakı" 24 yanvar 2013-cü il tarixində iki yoldaşlıq görüşünə çıxdı. Qarışıq heyətlərlə əvvəlcə Macarıstan təmsilçisi "Uypeşt", ardınca isə Almaniya NRW liqasının "Bergich Gladbach" klubu ilə qarşılaşan komandamız ilk oyunda məğlub olsa da (0:2), ikinci oyunda minimal qalibiyyət əldə etdi (1:0).

"Bakı" ilk qarşılaşmaya bu heyətlə çıxdı. Qapını Edin Nuredineski qoruyurdu. Müdafiə xəttində İbrahim Karqbo, Edemir Rodrigez, Şəhriyar Əliyev, George Popxadze və Aqil Nəbiyev yer alırdılar. Orta sahədə Junior Xavier, Aleksandar Şoliç və Elvin Məmmədov mübarizə aparırdılar. Komandamız bu oyuna iki hücumçu ilə çıxmışdı. Rauf Əliyev ilk dəfə "Bakı" formasında yoxlama oyununda iştirak edirdi. Ona hücumda Nurlan Novruzov dəstək verirdi.

İkinci oyunda isə "Bakı"nın heyəti belə formalaşmışdı:

Bakı: Aqil Məmmədov, Novruz Məmmədov, Elşad Manafov, Vasif Rzayev, Samuel Aisoon, Tanko Dyakov, Vüqar Bəybalayev, Ferdi Elmas, Namiq Ələsgərov, Ülvi Quliyev, Tural Qürbətov.  

Komandamızın qələbə qoluna baxışda olan futbolçu Ferdi Elmas imza atıb.

Bakı 0:2 Uypeşt




Bakı 1:0 Bergich Gladbach




photo photo photo photo photo