fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Bakı 0:0 Osiek

yanvar 27, 2013 | A Komanda
photo
Antalya toplantısından görüntü

Antalyada 2 həftəlik təlim-məşq toplantısını yekunlaşdırmaqda olan "Bakı" bu gün 4-cü yoldaşlıq oyunu keçirəcək.

Komandamızın rəqibi Xorvatiyanın iidialı klublaırndan sayılan "Osiek"dir. Qarşılaşmanın start fiti  yerli vaxtla saat 17.30-da (Bakı vaxtı ilə 19.30) səslənəcək.

Xatırladaq ki, “Bakı” təlim-məşq tolantısı çərçivəsində keçirdiyi 3 yoxlama oyununda Almaniya “Berqix Qladbax”ına qalib gəlib (1:0), Bolqarıstan “Etir”ı ilə heç-heçə edib (1:1) və Macarıstan klubu “Uypeşt”ə (0:2) uduzub.

14 günlük təlim-məşq toplanısını başa vuran "Bakı" yanvar ayının 28-də paytaxta dönərək, hazırlıqlarını klubun təlim-məşq bazasında davam etdirəcək. 

Bakı 0:0 Osiek

Komandamız oyuna bu heyətlə çıxır:

Bakı: Kamran Ağayev, Edemir Rodrigez, George Popxadze, Aqil Nəbiyev, Mario Lukas Horvat, Deyvidas Çesnauskis, Elvin Məmmədov, Aleksandar Şoliç, Lusian Goyan,  Nurlan Novruzov, Rauf Əliyev.

İkinci hissədə komandamızın heyətind ciddi dəyişikliklər baş verir. Rəqibdən fərqli olaraq fasilədən sonra qarışıq heyətlə oyunu davam etdirən "Bakı" müəyyən üstünlüyə baxmayaraq,  Xorvatiya təmsilmisinin müqavimətini qıra bilmir və oyun qolsuz heç-heçə ilə başa çatır. Bugünkü yoxlama oyununda Rauf Əliyev və Kamran Ağayev start heyətində meydana çıxıblar.



photo photo photo photo photo