fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

II Qəbələ Kubokunun rəsmi açılışı keçirildi

may 29, 2013 | U-15
photo
U-15

Bu gün II Qəbələ Kubokunun rəsmi açılışı keçirilib. Tədbirdə "Qəbələ" futbol klubunun prezidenti Tale Heydərov turnirdə iştirak edən komandaları salamlayaraq, yarış iştirakçılarına uğurlar arzuladı. Bu tipli turnirlərin gənc futbolçular üçün səviyyəli bir futbolçu kimi yetişməsində xüsusi rol oynadığını bildirən natiq komanda üzvlərini futbol bayramı münasibəti ilə təbrik etdi.

Hollandiya futbol tarixinin ən güclü hücumçularından biri Roy Makaay, London “Arsenal”ının əfsanəvi kapitanı və “Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams, İspaniya millisinin və “Barselona”nın keçmiş müdafiəçisi Xulio Alberto Moreno, dünya uşaq futbolunun tanınmış simalarından olan Albert Pyuç də II Qəbələ Kubokunun açılışında yer aldılar.

İlk turda Rusiya təmsilçisi "Zenit"lə qarşılaşan və 0:2 hesabı ilə mığlub olan komandamız ikinci turda Portuqaliyanın “Porto” klubu ilə qarşı-qarşıya gəlib. Oyun ərzində üstün olan portuqaliyalılar 6:0 hesabı ilə qalib gəliblər. Bununla da komandamız yarımfinal mərhələsinə yüksəlmək şanslarını itirib.


U-15 komandamız qrup mərhələsinin son oyununda Holandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq. Oyun 30 may 2013-cü il tarixdə saat 
 11:30-da başlanacaq. 


Turunu digər oyunları:

Qəbələ - Beşiktaş  2:0

Porto – Bakı 6:0



fotoqalereya
photo photo photo photo photo