fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

U-15 Qəbələni məğlub etdi

may 30, 2013 | U-15
photo
Oyundan görüntü (foto Viktoriya Melnik)

30 may 2013-cü il tarixində II Qəbələ Kubokunun yarımfinal oyunları keçirilib. "Barselona"ya 2 cavabsız qolla qalib gələn "Porto" və penalti seriyasında "Şaxtyor"dan üstün olan "Feyenoord" finala yüksəliblər. Yarımfinalda məğlub olan komandalar 3-cü yer uğrunda yarışacaqlar.

 

 

Yarımfinala vəsiqə qazana bilməyən komandalar 5-8-ci yerlər uğrunda mübarizəni davam etdirirlər.

 

Bu gün U-15 komandamız digər qrupda üçüncü yeri tutan “Qəbələ” ilə qarşılaşıb. Oyunun əsas və əlavə olunmuş vaxtı 0:0 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün 11 metrlik zərbələr seriyasını təyin edilib. Bu seriyada daha dəqiq olan komandamız 5:3 hesabı ilə qələbə qazanıb.

 

1-4-cü yerlər uğrunda oyunların nəticələri:

 

Porto 2:0 Barselona

Feyenoord 1:1 (penaltilərlə - 5:4) Şaxtyor

 

5-8-ci yerlər uğrunda oyunlar aşağıdakı hesablar qeydə alınıb:

 

Qəbələ 0:0 (penaltilərlə - 3:5) Bakı

Zenit 1:3 Beşiktaş

 

Bu nəticələrə əsasən, U-15 komandamız 5-ci yer uğrunda qarşılaşmada "Beşiktaş"la üz-üzə gələcək. 7-ci yer uğrunda oyunda "Qəbələ" və "Zenit" münasibətlərini ayırd edəcəklər.



fotoqalereya
photo photo photo photo photo