fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Komandamız ikitərəfli oyun keçirib

iyun 27, 2013 | A Komanda
photo
məşq

Yeni mövsümə hazırlıq prosesi çərçivəsində “A” komandamız gündə iki məşq keçirməklə təlim-məşqlərini davam etdirir. Bu gün axşam məşqi zamanı komandamız ikitərəfli oyun keçirib. Oyunçular “Qırmızılar” və “Ağlar” olmaqla iki komandaya bölünüblər.

Matç komandada qalacaq futbolçuları müəyyənləşdirmək xarakteri daşıyırdı. Ikitərəfli oyun “Qırmızılar”ın 7-1 hesablı inamlı qələbəsilə yekunlaşıb.

Qalib komandasının heyətində Rauf Əliyev 4, Mindauqas Kalonas, Əfran İsmayılov və Valeh Seyidov hərəyə 1 dəfə fərqləniblər. “Ağlar”ın yeganə qolunun müəllifi isə Rəşad Abdullayev olub.



fotoqalereya
photo photo photo photo photo