fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Hazırlıqlar davam edir

iyul 7, 2013 | A Komanda
photo
Hazırlıqlar davam edir

Yeni mövsümə hazırlıq məqsədi ilə Avstriyada təlim məşqləri davam etdirən “Bakı” komandası bu axşam növbəti hazırlıq prosesinə çıxdı.

Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altinda keçən məşq prosesi saat yarım davam etdi.

Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlandı.

Daha sonra komandamız topu qısa məsafələrə ötürmə və 3 qrup şəklində keçirilən taktiki təmrinlər üzərində çalışdı . İki qrupa bölünən futbolçularımız məşq prosesini taktiki gedişlər və qapıya zərbələrlə yekunlaşdırdılar.

Hazırlıq prosesində heyətə yeni qoşulan Əziz Quliyev də iştirak edirdi. Aqil Nəbiyev və Namiq Ələsgərov isə komandadan ayrı, fərdi məşqlərlə kifayətləndilər.

Xatıladaq ki, Avstriyada keçirilən təlim – məşq prosesi çərsivəsində yoldaşlıq oyunları da nəzərdə tutulub. İlk belə görüş iyulun 8-i, Bakı vaxtı ilə saat 21:30-da yerli “Helmaqor” kollektivi ilə olacaq.

Daha ətraflı FC BAKU TV-nin hazırladığı video süjetdə baxa bilərsiniz.



photo photo photo photo photo