fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Məşqdən qeydlər

iyul 10, 2013 | A Komanda
photo
Məşqdən qeydlər

“Bakı” Futbol Klubunun Avstriyada təlim-məşq toplanışı davam edir.

Bu günkü proqrama əsasən komandamız 3 məşq keçirdi. Öncə, səhər saatlarında oyunçular çəki nəzarətindən keçərək məşq meydançasına yollandılar.

Məşq “Ağ-göylər”in isinmə hərəkətləri ilə başladı. əsasən toplu hərəkətlərdən ibarət olan məşq zamanı iki qrupa bölünən futbolçularımız qısamüddətli bir oyun da keçirdilər.

Səhər məşqindən sonra komanda trenajor zalina yollandı və burada fiziki təmrinləri yerinə yetirdi.

Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında keçirilən axşam məşqi güclü yağış səbəbindən cəmi bir saat davam etdi. Komanda üzvləri əsasən driblinq və zərbələr üzərində çalışdı.

Əfran İsmayılovla Rauf Əliyev səhər və axşam məşqlərində iştirak etmədilər.

“Bakı” yeni mövsümə hazırlıq prosesi çərçivəsində iyulun 11-i, saat 21:30 da “SV Penik” klubu ilə yoxlama oyunu keçirəcək.



photo photo photo photo photo