fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Təlim-məşq toplanışının 15-ci günü

iyul 18, 2013 | A Komanda
photo
məşqdən görüntü

Artıq 15 gündür ki, komandamız Avstriyada təlim-məşq toplanışı keçirir.

Bu gün “Ağ-göylər” səhər saatlarında dağlıq ərazidə yoxuşa qalxaraq ümümilikde 2 km məsafəni qət etdilər.

Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altinda keçirilən axşam məşqi isə 1,5 saat davam etdi.

Fiziki və taktiki təmrinlərdən ibarət  məşq isinmə hərəkətləri ilə başladı. Komandamızın məşqi topla hərəkət və uzun ötürmə təmrinləri ilə davam etdi. Daha sonra dörd qrupa bölünən futbolçular bir oyun keçirdilər.

Aleksandar Şoliçin iştirak etmədiyi məşqdə Kamran Ağayev komandadan ayrı çalışdı.

Baxışa gələn kiprli müdafiəçi Georgias Pelageas da komanda ilə birgə məşq etdi.

Şam yeməyində isə komanda üzvləri 25 yaşı tamam olan Elvin Məmmədovu təbrik etdilər. 


"Bakı" Futbol Klubunun rəhbərliyi, azarkeşləri və işçi heyəti adından Elvini ad günü  münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.

photo photo photo photo photo