fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

“Bakı” – “Qəbələ”: statistika

iyul 31, 2013 | A Komanda
photo
Bakı-Qəbələ

Topaz Premyer Liqasının 2013-2014-cü illər mövsümünün açılış oyununda “Bakı” klubu öz meydanında “Qəbələ”ni qəbul edəcək.

Bu vaxta kimi komandalar 20 dəfə üz-üzə gəliblər. 12 oyunda rəqibindən üstün olan “Bakı” 4 qarşılaşmada məğlub olub, 4 oyunda isə barəbərə qalıb. Komandamızın “Qəbələ” üzərində ən böyük hesablı qələbəsi 3:0, ən böyük hesablı məğlubiyyəti isə 0-4 olub.

Komandalar arasında keçirilən oyunlarda 39 top vurulub. Bunlardan 25 top “Bakı”nın, 14 top isə “Qəbələ”nin aktivindədir.

Xatırladaq ki, Topaz Premyer Liqasının ilk turu avqustun 2-i, saat 18:30-da “Bakı” klubunun təlim-məşq bazasının stadioununda start götürəcək.



photo photo photo photo photo