fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

TPL: Bakı 1:2 Qəbələ videoicmal

avqust 2, 2013 | A Komanda
photo
Bakı - Qəbələ

Topaz Premyer Liqası 2013/2014 mövsümünün açılış oyununda "Qəbələ"ni qəbul edən komandamız hesabı açan tərəf olsa da, oyunu məğlubiyyətlə başa vurdu. Klubumuzun təlim-məşq bazasının stadionunda baş tutan oyunda hesab 12-ci dəqiqədə açıldı. Komandamızın yeni transferi, litvalı hücumçu Mindauqas Kalonas topu başla qapıya göndərdi 1:0.

Ilk yarı bu hesabla başa çatdı. İkinci hissədə də komandamız əlverişli qol imkanları yaratmasına baxmayaraq, bunlardan yararlana bilmədi. Əvəzində "Qəbələ" Viktor Mendinin ifasında 62 və 82-ci dəqiqələrdə iki oxşar qol vuraraq hesabı öz xeyrinə dəyişdi 1:2.

Komandamızın hesabı bərabərləşdirmək cəhdləri nəticəsiz qalınca, oyun qonaqların qələbəsi ilə yekunlşdı.

Bakı 1:2 Qəbələ
qollar: 12. Mindauqas Kalonas 1:0 62. Viktor Mendi 1:1 82. Viktor Mendi 1:2

02 avqust 2013. Saat 18:30.

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı

Baş hakim: Fariz Yusifov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Elman Musayev

Dördüncü hakim: Ramiz Məhərrəmov

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Murad Məmmədov

Sarı vərəqələr: Aqil Nəbiyev, 20 (qeyri-idman hərəkəti) // Leonardo da Silva, 70 (qeyri-idman hərəkəti)

Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq

Bakı: 1. Aqil Məmmədov 2. Deividas Çesnauskis 3. Yure Travner 24. Georgios Pelagias 5. Aqil Nəbiyev (k) 6. Vadim Abdullayev (17. Risto Ristoviç, dəq.85) 8. Cavid Hüseynov (22. Namiq Ələsgərov, dəq.70) 23. Lukas Mario Horvat 10. Aleksandar Soliç (21. Elvin Məmmədov, dəq.82) 19. Marius Pena 20. Mindauqas Kalonas

Ehtiyat oyunçular: 29. Kamran Ağayev 26. Əziz Quliyev 31. Vüqar Mustafayev7. Əfran İsmayılov

Baş məşqçi: Milinko Pantiç

Qəbələ: 27. David Pietrzkeviç 2. Rail Məlikov 4. Amit Quluzadə 6. Volodimir Levin (k) 10. Luis Paulo Hilario (9. Viktor Mendi, dəq.55) 11. Yannik Kamanan  (19. Abdulvahid Afolabi, dəq.46) 14. Lorenzo Ebesilio 15. Umar Kalabane 18. İbrahima Niasse 34. Ürfan Abbasov  42. Leonardo da Silva (84. Dejan Kelhar, dəq.88)

Ehtiyat oyunçular: 25. Dieqo Kosta 5. Sadiq Quliyev 8. Nizami hacıyev 21. Elmar Baxşıyev

Baş məşqçi: Yuri Syomin
    




photo photo photo photo photo