fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Qalib gəlməli oyunda məğlub olduq

avqust 2, 2013 | A Komanda
photo
Milinko Pantiç

Azərbaycan Topaz Premyer Liqası İ turunun "Bakı" - "Qəbələ" (1:2) qarşılaşmasından sonra təşkil olunan mətbuat konfransına qatılan komandamızın baş məşqçisi Milinko Pantiç oyun barədə fikirlərini açıqladı:


“Futbol elə idman növüdür ki, heç kim uduzmaq istəməz. Oyun barədə onu deyim ki, bu gün qalib gəlməli olduğumuz oyunda məğlub olduq. İlk hissədə rəqib tərəfdən ciddi təzyiq görmədik. Birinci hissəni istədiyimiz kimi oynadıq.


İkinci hissədə isə rəqib komandanın baş məşqçisi maraqlı oyunçu dəyişiklikləri etdi. Üç hava ötürməsindən ikisi qapımıza vurulan qollarla nəticələndı. Ola bilsin ki, müdafiə sarıdan səhvlərimiz oldu. İkinci hissədə hakim də müəyyən qəraqları ilə biizə qarşı oldu. Bəzi hallarda şübhəli künc zərbələri təyin etdi. Bu, şempionatın ilk turu idi, məğlub olmaq planlarımıza daxil deyildi. Ancaq bununla belə, həftəni xalsız başa vurduq. 

İlk oyunda komandadan razı qaldım. Demək olmaz ki, onlar pis  oynadılar. Bütün güclərini meydanda qoydular, futbolçularda dəqiqlik çatmırdı, hiss olunurdu ki, konsentrasiya əskikliyi var. Onlar hələ tamamən oyunlara hazır deyillər.

Hələ çempionatın stardındaylq, çalışacağıq ki, qarşıdakı oyunlarda itirilmiş 3 xalı bərpa edəcək”.




photo photo photo photo photo