fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Kamran Ağayev dünya birincisi seçildi

avqust 4, 2013 | Medİa
photo
Kamran Ağayev

Dünya səviyyəli mərc kontoru bwin 2014-cü il Dünya Çempionatının seçmə mərhələ oyunlarında qetdə alınan  ən gözəl qapıçı seyvlərinin seçiminin yekun nəticəsini elan edib. Seçimə əsasən, Bakı" futbol klubu və Azərbaycan milli komandasının üzvü Kamran Ağayev ilk pilləyə layiq görülüb.

Seçimin final mərhələsində 10 ən inamlı qapıçı hərəkəti təyin olunub. 

Top-10 adlı ilk onluqda Makedoniya, Estoniya, Gürcüstan, Polşa, İsveçrə, Lüksemburq, İtaliya, Finlandiya və Azərbaycan milli komandalarının qapıçıları yer alıb. 

10-cu piiləni Stanislav Nomasko (Moldova-İngiltərə) tamamlayıb, eston kiper Sergey Pareyko (Türkiyə-Estoniya), doqquzuncu, Gürcüstan millisinin qapıçısı Gioprgi Loriya (Gürcüstan-İspaniya) səkkizinci, polşalı Prjemislav Titon (Polşa-Moldova) yeddinci, isveçrəli Dieqo Benalyo (İsveçrə-Albaniya) altıncı, Lüksemburq millisinin qolkiperi Jonatan Joubert (Lüksemburq-Portuqaliya) beçinci pilləyə sahib çıxıblar.

Dördüncü mövqe İtaliya yığmasının çərçivə qoruyucusu Canluici Buffona (Bolqarıstan-İtaliya) qismət olub.

Fin qapıçı Lukas Hradeski (Finlandiya-Fransa) üçüncülüyə sahib çıxıb.

Gürcüstan yığmasının kiperi Giorgi Loriya (Gürcüstan-Belarus) ikinci pillədə qərarlaşıb.

Azərbaycan milli komandası və "Bakı" futbol klubunun qapıçısı Portuqaliya-Azərbaycan oyununda qaytardıqları mükəmməl toplarla diqqətləri cəlb edib və onun Joao Moutinyonun zərbəsindən sonra dəf etdiyi top müvafiq sıralamada ilk pilləyə layiq görülüb. 



photo photo photo photo photo