fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Komandamız AZAL-la oyuna hazırlaşır

avqust 9, 2013 | A Komanda
photo
Məşq

Topaz Premyer Liqasının 2-ci turunda AZAL-la oyuna hazırlaşan “Bakı” bu gün sadəcə axşam  məşqi ilə kifayətlənibş. 

Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altinda keçən məşq prosesi bir saat davam edib.

Məşq “zolaqlılar”in isinmə hərəkətləri ilə başlayıb. Komanda üzvləri əsasən driblinq və qısa ötürmələr üzərində çalışıblar.

Əfran İsmayılov komandadan ayrı məşq edib.

Namiq Ələsgərov və Şəhriyar Əliyev məşqdə iştirak etməyib.

Milinko Pantiç AZAL-la qarşıdakı oyunla bağlı fikirlərini açılayıb: “Oyuna yaxşı hazırlaşmışıq. Rəqib komandanın yaxşı baş məşqçisi və güclü oyunçuları var. Buna rəğmən biz meydana yalnız qələbə üçün çixacağıq. Keçən turda buraxdığımız səhvləri təkrarlaya bilmərik”. 

Xatırladaq ki, Topaz Premyer Liqasının 2-ci turu avqustun 10-u saat 19:00-da «AZAL Arena”da keçiriləcək AZAL - "Bakı" görüşü ilə start götürəcək.



tag
Məşq
photo photo photo photo photo photo