fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Komandamız "Rəvan"la oyuna hazırlaşır

avqust 16, 2013 | A Komanda
photo
Məşq prosesindən

Komandamız "Rəvan"la oyuna hazırlıqlarını bu gün axşam vaxtlarında keçirdiyi məşqlə davam edib.

Komandamız baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında kluba məxsus olan təlim-məşq bazasında 1,5 saat davam edən məşq keçirdib.

Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlayıb.

Elvin Әliyev və Deyvidas Çesnauskis məşqdə iştirak etməyib. Şəhriyar Әlıyev, Aqil Nəbıyev və Ruben Qonzalez komandadan ayrı çalışıblar.

Milinko Pantiç "Rəvan"la qarşıdakı oyunla bağlı fikirlərini açıqlayıb: “Komandada hökm sürən psixolojı gərginliyi aradan götürmək üçün bızə mütləq qələbə lazımdır və biz bu nəticəni əldə etməyə üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki məşqdə klubumuzun U-12 komandası da iştirak edib.

Xatırladaq ki, Topaz Premyer Liqasının 3-cü turu cərçivəsində keçiriləcək "Bakı" - "Rəvan" matçı avqustun 8-də saat 18:00-da "Bakı" FK-un təlim-məşq bazasının stadionunda baş tutacaq.



mövzu üzrə
photo photo photo photo photo