fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

"Bakı" 1/4 finalda

noyabr 28, 2012 | A Komanda
photo
"Bakı" 1/4 finalda

Azərbaycan Kuboku uğrunda yarışların 1/8 final qarşılaşmasında "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edən komandamız növbəti mərhələyə vəsiqə qazandı.

Oyunda hesab 9-cu dəqiqədə açıldı. Maris Verpakovskis cinah ötürməsini tamamlayaraq topu "Sumqayıt"ın qapısına göndərdi 1:0. 3 dəqiqə sonra Maris yenidən fərqlənərək fərqi 2 topa çatdırdı.

Birinci hissənin sonlarında komandamız yenidən rəqibi meydanın mərkəzinə dəvət etdi. Bu dəfə gənc hücumçumuz Tural Qürbətov dəqiq oynayaraq, başla topu rəqib qapısından keçirdi 3:0. İlk yarı bu hesabla başa çatdı.

İkinci hissədə də üstün oynayan "Bakı" bir çox qol imkanları yaratmasına baxmayaraq fərqi artıra bilmədi. Əvəzində qonaqlar bir topun əvəzini çıxdılar. Murad Hüseynov 75-ci dəqiqəqə qapımza təyin olunan penaltini qola çevirdi 3:1.

Qarşılaşmada başqa qol vurulmayınca, oyun bu hesabla tamamlandı.

"Sumqayıt"ı məğlub edən "Bakı" 1/4 finala yüksəldi. Bu mərhələdə komandamızın rəqibi MOİK-İnter cütünün qalibi olacaq. 1/4 final mərhələsinin oyunları 2013-cü ilin 27 fevral və 7 mart tarixlərində keçiriləcək.



fotoqalereya
photo photo photo photo photo