fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Portuqaliyalıların kəşfiyyat səfəri

noyabr 29, 2012 | Tədbİr
photo
Portuqliyalı qonaqlar baza ilə tanış olurlar

Bu gün Portuqaliya Futbol Federasiyası (PFF) futbol departamentinin rəhbəri Karlos Qodinyonun (Carlos Godinho) başçılıq etdiyi nümayəndə heyəti “Bakı” futbol klubunun təlim-məşq bazasını ziyarət edib. Səfərin əsas məqsədi klubumuzun təlim-məşq bazası, burada yaradılan şərait və infrastrukturla tanışlıq idi.

Xatırladaq ki, Portuqaliya milli komandası FİFA 2016 Dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə birgə “F” qrupunda yer alır. 2013-cü ilin mart ayının 26-da milli komandamız Bakıda Portquqaliya yığma komandasını qəbul edəcək.

Qonaq nümayəndə heyətini "Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov qarşilayıb. İcraçı direktor baza barədə ətraflı məlumat verib və qonaqları buradakı şəraitlə yaxından tanış edib.

Portuqaliyalı rəsmilər gördüklərindən məmnun olduqlarını gizlətməyiblər və Portuqaliya millisinin çox böyük ehtimalla “Bakı” futbol klubunun bazasında məşq edəcəklərinə əmin olduqlarını bildiriblər.

Potruqaliya Futbol Federasiyası (PFF) futbol departamentinin rəhbəri Karlos Qodinyo "Bakı" futbol klubunun bazası barədə fikirlərini Klub TV-yə belə ifadə etdi. 
Tədbirdən hazırlanan video materialı diqqətinizə təqdim edirik.



photo photo photo photo photo