fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Komandamız fanatlar üçün açıq məşq keçirdi

noyabr 30, 2012 | A Komanda
photo
"Bakı" fanatları

Noyabr ayının son günü komandamız fanatlar üçün açıq məşq keçirdi. Məşq adi qaydada reallaşdı. Qızınma hərəkətlərinin ardınca taktiki-texniki təmrinlər üzrəində çalışmalara start verildi. 

Yüngül zədələri olan Rəhman Hacıyev və İbrahim Katqbo fərdi məşq etməklə kifayətləndilər. 

Əməliyyat sonrası bərpa prosesi keçən Uinston Parks və yenə də zədə səbəbi ilə kənarda qalan Giorgi Popxadze gaiblər sırasında idilər.

Novruz Məmmədov və Namiq Ələsgərov əvəzedici heyətə cəlb olunduqlarından məşqə qatılmadılar. Hazırlıq prosesi ərzində futbolçuların yüksək əzmkarlıqla çalışdıqları görünürdü.

1 saat 15 dəqiqə çəkən məşqin ardından nahar edən komandamız Qəbələyə yola düşdü. 

Komandamızın sabah Qəbələdə məşqə çıxacağı planlaşdırılır. Bu, "Bakı"nın Premyer Liqanın XV turu çərçivəsində "Qəbələ" ilə keçirəcəyi oyun öncəsi son məşqi olacaq.

Haqqında söhbət gedən qarşılaşma 2 dekabr 2012-ci il tarixə Qəbələdə baş tutacaq. 

Xatırladaq ki, komandaların ilk dövrə Bakıda baş tutan oyunu 1:1 hesabı ilə başa çatıb.



tag
məşq
mövzu üzrə
photo photo photo photo photo